Müğənni Nazənin susqunluğunu pozub.
Müğənni Teleqraf.com-a açıqlamasında Təranə Qumralla məhkəmə çəkişməsindən danışıb: “Məhkəmə prosesi ilə vəkilim məşğuldur. Hələ ki, qalib gəlirik. Şükürlər olsun Allaha, hər şey əladır”.
Təranə Qumral təzminatı ödəyəcəkmi sualına Nazənin belə cavab verib: “Bilmirəm. Azərbaycanın qanunları var. Bu işlərlə vəkilim məşğuldur. Başımı o işlərlə qarışdırmıram. Artıq danışmağa nə sözü, nə faktı olacaq? Hər şey açıqlandı və mənə elə gəlir ki, artıq ömürlük susmalıdır”.
Bir müddət əvvəl Təranə Qumral Nazəninə və onun həyat yoldaşı Məhəbbət Həsənova məhkəmədə uduzmuşdu. Məhkəmə qərarına əsasən, T.Qumrala təzminat təyin edilmişdi. O isə təzminatı ödəmək istəməyərək Apelyasiya Məhkəməsinə müraciət edəcəyini demişdi.
Rəqsanə