30 Oktyabr 2015 18:07
2 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Firuzə İbadova xalq artisti Nisə Qasımovanın “Mənim dünyam” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, F.İbadova müğənni ilə uşaqlıqdan rəfiqə olduqlarını deyib:

“Nisə ilə uşaqlıqdan rəfiqəydik. O, Lalə Uşaq Ansamblında oxuyurdu. Səhnəyə çıxanda paltarında bir damcı qırış olsa, ürəyim partlayardı. Konsert məkanından kəndin o başına qaçıb ütü tapır, onun paltarını ütüləyib gətirirdim”.

N.Qasımova F.İbadovadan halallıq istəyərək, göz yaşını saxlaya bilməyib:

“Firuzə xanıma bilmədən çox əziyyət vermişəm. Ondan halallıq istəyirəm. Dost kimi mənə çox əziyyət çəkmisən. Haqqını halal et”.


Müəllif:

Oxşar xəbərlər