“Azərbaycanda şou-biznesdən gəlir əldə etmək olmur. Biznes deyirsənsə, oradan gəlirin olmalıdır. Ona görə də Azərbaycanda şou-biznes yoxdur”.
Bu sözləri Teleqraf.com-a Samira Allahverdiyeva deyib: “Bizim gəlirlərimiz toy proqramlarındandır. Sənətimi sevirəm, amma şou-biznesdə baş verənlər məni qane etmir. Ona görə də özümü bir balaca kənarda saxlayıram. Bilirəm hara gedirəm, kiminlə danışıram, əlaqə saxlayıram. Yəni ki, həyatımda hər şeyi nəzarətdə saxlayıram. Mənim xarakterim, dünya görüşüm fərqlidir. Bu sənət elə bir sənətdir ki, mahnılarınla, görkəminlə daim gündəmdə olmalısan. Amma mən o müğənnilərdən deyiləm. Tez-tez görünməyi sevmirəm”.
Rəqsanə