2 Noyabr 2015 12:54
1 654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Amaliya Pənahova həyat yoldaşı səhnəyə ilk gəlişindən danışıb.

Aktrisa “Onlar”a həyat yoldaşının ona hər zaman dəstək olduğunu qeyd edib: “Yusiflə insitutun birinci kursundan bir yerdə idik. Məni səhnədə görməyi çox sevirdi. Heç vaxt sənətimə şübhə ilə yanaşmırdı. Hər zaman dəstək olurdu. Həyat yoldaşımın ölümündən sonra bazar-dükanın nə olduğunu, pulu saymağı öyrənmişəm. O, məni bütün məişət problemlərindən qorumuşdu. Ondan sonra ailə başçısı olaraq bu işlərə qatlaşmağa məcbur oldum".

Xalq artisti ilk dəfə səhnəyə gəlişindən də danışıb: "İstedadsız insana şans kömək etmir. 18 yaşımda Tofiq Kazımov “Romeo və Cülyetta"da Cülyetta obrazına dəvət etməsəydi, bu cür tanınmazdım. Eləcə də, tənbəllik edib universiteti bitirim, sonra çəkilərəm kimi düşünüb, əziyyətlərə qatlaşmasaydım, bir gecənin içində məşhur olmazdım".

A.Pənahova onu da deyib ki, o, heç vaxt “ulduz həyatı" yaşamayıb: “Şöhrət başımı gicəlləndirsəydi, bu zirvəyə qalxa bilməzdim. Bu günə qədər də mənə elə gəlir ki, şöhrətim, ad-sanım başqa bir adama təqdim olunub. Mən dahilləşməmişəm, ulduzlaşmamışam”.

Rəqsanə


Müəllif: