5 Noyabr 2015 15:27
1 504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət əvvəl "Hello" adlı mahnısı ilə gündəm yaradan müğənni Adel dəfələrlə "Playboy" jurnalına poza verməsi üçün təklif aldığını söyləyib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, "Rolling Stones" jurnalının qonağı olan Adel "bunu qadınlığıma yoxsa kök olduğuma görə istədiklərini bilmirəm" deyib.

27 yaşlı müğənni xarici görkəmi haqqında bunları deyi:
"Arıq olsam elə pozalar verib vücudumu sərgilərdimmi? Yəqin ki, yox. Çünki mənim vücudum mənə məxsusdur. Bəzən düşünürəm ki, əgər kök olmasaydım uğur qazana bilərdimmi?"

Şəxsi həyatıyla bağlı suala isə ifaçı bunları söyləyib:

"Oxumaq mənim həyatım deyil, hobbimdir. İnsanlar mənim məşhur olmağa nifrət ediyimi düşünürlər. Amma bu belə deyil. Bundan qorxuram. Çünki şöhrət zəhərli bir şeydir və onun təsirindən özünü asanlıqla itirə bilərsən".


Adel həyatındakı ən önəmli insanların sevgilisi 41 yaşlı Simon Koneçki və 3 yaşlı oğlu Angelo olduğunu söyləyib.

"Biz evli deyilik, amma birlikdəyik. Heç ayrılmadıq. Heç vaxt bir-birmizi tək qoymadıq".


Əsl adı Adel Laurie Blue Adkins olan ifaçı 5 may 1988-ci ildə İngiltərənin Tottenhem şəhərində doğulub. 2006-cı ildə rəfiqəsinin ona aid bir musiqi parçasını "Myspace" paylaşması ilə Adelin həyatı dəyişib.

Bundan sonra Adel "Xl Recordings" şirkəti ilə müqavilə bağlayıb. Növbəti il isə "BRİT AWARDS"da "Tənqidçilərin seçimi" və BBC tərəfindən isə "2008-ci ilin Səsi" mükafatlarını layiq görülüb. İlk albomu "19" ilə Adel həm ticari uğur həmdə tənqidçilərin tərifini qazanıb. Albom retinqlərə 1-ci yerdən daxil olub və dörd dəfə "Platin Val" mükafatı qazanıb.


O, 2009-cu ildə "Qremmi" üzrə "ən yaxşı yeni ifaçı" və "ən yaxşı qadın vokal pop ifaçısı" mükafatlarını qazanıb.

İkinci albomu "21"-i 2011-ci ildə təqdim edib. Yeni albomu Adelə "İlin Albomu" daxil olmaqla 6 "Qremmi" mükafatı qazandırıb. Bununlada bir gecədə ən çox "Qremmi" mükafatı qazanan qadın ifaçı kimi Beyonsun rekordunu təkrarlayıb.

"21" albomu Adeli "Guinness Rekordlar Kitabı"na da düşməsinə səbəb olub. Bu albom sayəsində İngiltərədə bir ildə 3 milyondan çox diski satılan ilk ifaçıdır.

Qeyd edək ki, Adelin yeni "25" albomu noyabrın 20-də təqdim olunacaq.

Rüstəm


Müəllif: