15 Noyabr 2015 12:37
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Nüşabə Ələsgərli bir müddət əvvəl dünyasını dəyişən anası Solmaz xanımla bağlı təəssüratlarını bölüşüb.

Axşam.az-ın məlumatına görə, müğənni anası üçün çox darıxdığını vurğulayıb:

"Anamın Şəkidəki bağında əkdiyi ağacı tumurcuqlayıb və ilin bu vaxtında çiçək açıb. Ana, hər səhər yuxudan oyanan kimi gəlib durursan gözümün önündə. Kaş bu son üç ay yuxu olardı. Arada başımı qatırlar, danışıram da, gülürəm də. Amma sənin o məzlum baxışların yenə də gəlib durur gözümün qabağında. Ay mənim sevincim, arxa-dayağım, hər şeyim, sənə çox yalvardım ki, məni tək qoyma. Heç inana bilməzdim ki, belə tez gedərsən. Neyləyim? Nə edim? Heç olmasa hər gün yuxuma gəl. Gündüzlər görməsəm də, gecələr səni görüm. Ay mənim dostum, sirdaşım".



Müəllif: