18 Noyabr 2015 23:42
3 848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ancelina Coli ilə Bred Pit cütlüyü “Vanity Fair” jurnalı üçün fotosesiya edib.

ANS PRESS-in məlumatıan görə, 51 yaşlı Bred Pit və 40 yaşlı həyat yoldaşı Ancelina Coli “Vanity Fair” jurnalı üçün romantik fotosesiya edib. Cütlüyün şəkli jurnalın manşetində təsvir olunub. Jurnal “Xoşbəxt sevgi. Şübhəsiz!” adlı başlığı ilə tiraj olunub. Məşhur cütlük fotoqraf Piter Lindberqə bir-birindən romantik pozalar verib.




Bred Pit və Ancelina Coli

Bir neçə gün öncə Bred Pit xüsusi olaraq “W Maqazine” üçün Ancelina Colini təsəvvür etdiyi kimi şəkillər çəkib. Planetin ən gözəl və istəkli qadınlardan biri olan Ancelina Colinin şəkilləri jurnallarda, televiziya şoularında olduğu kimi deyil. Onu ev şəraitində ancaq həyat yoldaşı Bred Pit görüb, aktyorun çəkdiyi şəkillər jurnalların səhifələrində çap olunub.



Ancelina Coli və Bred Pitt 2004-cü ilin axırında “Mister və Missis Smit” filminin çəkilişlərində tanış olublar.

Ancelina Coli və Bred Pittin 6 uşağı var. 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina kasıb ölkələrdən övladlığa götürüb.



Onların ilk övladı 2006-cı il 7 may tarixində dünyaya gəlib. Qızlarının adını Şaylo Nuvel qoyublar. Uşaqlarının ilk şəkillərini cütlük "People" və "Hello" jurnallarına 10 milyon dollar məbləğində satıblar. Bu isə məşhurlar arasında dünyanın ən bahalı şəkli kimi tarixə düşüb.



2008-ci ildə onların əkiz uşaqları dünyaya göz açıb. Oğlan və qız. Oğlanın adı Noks Leon, qız isə Vivyen Marşelindir. Noks və Vivyenin ilk şəkilləri yenidən rekord qiymətə satılıb - 14 milyon dollar. Həmin bu pulları onlar xeyriyyəçiliyə xərcləyiblər.

Amerikalı kinoaktrisa Ancelina Coli "Oskar" mükafatı laureatı, üç dəfə "Qızıl qlobus"mükafatının sahibi, iki dəfə ABŞ aktyorları arasında Hildiya mükafatının qalibidir. 40 yaşlı kinoaktrisa BMT–nin xoşməramlı səfiridir.


Jurnalın "İnstaqram" hesabı


Müəllif: