1 Dekabr 2015 15:16
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prodüser Tarix Əliyev (Tolik) “Hər şey daxil” verilişində özünün və Natəvan Həbibinin Ayan Babakişiyeva ilə küsülü olduğunu deyib.

Prodüser A.Babakişiyeva ilə barışmaq istəyini və onun qızı Selenanı çox sevdiyini gizlətməyib. Ayan Babakişiyeva Teleqraf.com-da küsülü həmkarlarına cavab verib: “Tolik çox sağ olsun ki, doqquz milyonun qarşısında qızıma olan məhəbbətindən danışdı. Mənə Tolikin balamı bu qədər sevməsi xoş oldu. Hər zaman Tolikdən söz düşəndə, ya özü ilə dərdləşəndə demişəm ki, “sənin nəyin var dilindədi, ürəyin çox təmizdi. Adi bir sözdən tez kövrəlib, ağlaya bilərsən”. Bilirəm ki, Tolik çox yaxşı insandı. Allah ona övlad qismət eləsin. O, çox gözəl ata olacaq. Selenaya o qədər sevgi bəxş etdi ki, ətrafımızdakı insanlar uşağa olan sevgisinə görə onları bir-birinə qısqandılar. Nə Selena Toliki unudub, nə də qızımın dayı dediyi Tolik Selenanı.

Natəvanla barışığa gəlincə, aramızda ciddi problemimiz olmayıb, bir-birimizin şəxsiyyətinə, mənliyinə toxunmamışıq”.

Rəqsanə


Müəllif: