4 Dekabr 2015 14:32
1 409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Ebru Gündəş qarnında hiss etdiyi ağrıya görə əməliyyat olunub.

Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, sənətçi ağrılar səbəbindən çərşənbə günü "O Səs Türkiyə"nin çəkilişlərini çətinliklə tamamlayıb. Xəstəxanaya yerləşdirilən ifaçıya appendisit diaqnozu qoyulub. Əməliyyat olunan Ebru dünən evə buraxılıb. Vəziyyəti yaxşı olan müğənninin bir müddət dincələcəyi bildirilib.

Qeyd edək ki, Ebrunun Kiprdəki konserti təxirə salınıb. Bundan əlavə onu "O Səs Türkiyə" proqramında Nilufər əvəz edəcək.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər