Xalq artisti Flora Kərimova xəstələnib.
Sənətçi Teleqraf.com-a açıqlamasında qrip olduğunu deyib: “Qrip olmuşam. Temperaturum yüksəkdir və ona görə səsim çıxmır. Yaqutum qulluğumda durur. Elə bir ciddi narahatlıq yoxdur. Çox şükür, hər şey yaxşıdır”.
Rəqsanə