5 Dekabr 2015 22:13
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəstəkar Tural Bayraməliyev yeni kompazisiyasını təqdim edib.

Teleqraf.com xəbər verir ki, onun “Döndü fəsil” mahnısını Elza Seyidcahan səsləndirib. Mahnının söz və musiqisi Tural Bayraməliyevə aiddir. Bəstəkar bunun Elza Seyidcahan ilə ilk işbirliyi olduğunu açıqlayıb: “Mahnı konkret bir fəsildən bəhs etmir. Hər kəs bu mahnıdan özünə pay götürəcək. Pop-estrada janrında yazılan “Döndü fəsil” Türkiyənin peşəkar musiqi heyəti tərəfindən müşayiət olunub”.

T.Bayraməliyev mahnıya klip çəkiləcəyini də bildirib.

Rəqsanə


Müəllif: