Tanınmış müğənni Sami Yusif Azərbaycanda “Günəşli” platformasında baş verən yanğından yazıb.
Teleqraf.com xəbər verir ki, o, sosial şəbəkədə kədərini bu sözlərlə bölüşüb: “Səkkiz ay əvvəl körpə balaların alov içində can verməsinə canımız yandı. Bu gün isə atasız, əmisiz, qardaşsız qalan o qədər insanlar üçün canımız yanır. Sizdən uzaqda yalnız mənim cismim olacaq Azərbaycanım! Acınızı dərin hüznlə və can yanğısı ilə paylaşıram. Allah rəhmət eləsin!”
Rəqsanə