8 Dekabr 2015 19:46
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı rejissor Kventin Tarantinonun "İyrənc səkkizlik" adlı yeni vesterninin tizeri təqdim olunub.

Teleqraf.com buro247-yə istinadən xəbər verir ki, "İyrənc səkkizlik" filminin premyerası ərəfəsində yaradıcı heyət Tarantinonun pərəstişkarları ilə çəkilişdən olan 9 dəqiqəlik videonu bölüşüblər. Beksteyc videoda aktyorlar Kurt Rassel, Tim Rot, Uolton Qoqqins və Semuel L.Ceksonun iştirak etdiyi epizodları görə bilərik. Premyera 2016-cı ilin yanvarında olacaq.

Xatırladaq ki, vesterndə hadisələr Vətəndaş müharibəsi zamanı baş verir.

Teleqraf.com videonu təqdim edir:

Rüstəm


Müəllif: