10 Dekabr 2015 11:05
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə qonaq olan məşhur türkiyəli aktrisa Türkan Şoray “Günəşli” platformasında həlak olanların ailələrinə başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, aktrisa faciədən çox kədərləndiyini deyib: “Türkiyə və Azərbaycan qardaş ölkələrdir. “Günəşli" platformasında həlak olanlara görə çox pis oldum. Sizin kədərinizi paylaşıram. Həlak olanlara rəhmət, ailələrinə səbir diləyirəm”.

T.Şoray Bakıya gəlişindən də danışıb: “Çox həyəcanlıyam. Bakıya illərdir ki, filmimim qala gecəsi üçün gəlmək istəyirdim. Çox sevinirəm ki, bu baş verdi. Qardaş ölkəyə 1973-cü ildə "Dönüş" filmimin təqdimatı üçün gəlmişdim. O zaman tamaşaçı alqışları ilə üç-dörd dəfə səhnəyə dəvət etdilər. Ondan sonra azərbaycanlı tamaşaçılarımla isti münasibətim yarandı və davam etdi. Burada sevildiyimi bilirəm, bu məni çox sevindirir. İnsan burada özünü evindəki kimi hiss edir. Qızıma dedim ki, bir neçə gün Bakıda qalaq. İnsanları gözəldir, şəhər təmizdir. İnsan Bakıda uzun müddət yaşaya bilər. Qızım Yağmur dedi ki, bura bir də gəlmək istəyir”.

T.Şoray ötən gün Nizami Kino Mərkəzində özünün çəkdiyi “Uzaklarda arama” filminin qala gecəsinə qatılıb. Aktrisa hazırda Bakı Dövlət Universitetinin tələbələri ilə görüşür.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər