Zamanla səhhəti ilə bağlı müxtəlif şayiələr yayılan əməkdar artist Baloğlan Əşrəfov növbəti dəfə bu məsələyə aydınlıq gətirməyə məcbur olub.
O, Teleqraf.com vasitəsilə şayiə yayan insanlara səslənib: “Hər insanın öz işi var. Elə insanlar var ki, səhhətim haqqında xoşagəlməz şayiələr yayırlar. Bu cür tərbiyəsiz hərəkət etməkdən zövq alırlar. Qoy şayiə yaysınlar. Onların da işi-peşəsi odur, çünki çörək pulunu o hərəkətlə qazanırlar. Bəs nə ilə dolansınlar? Buradan şayiə yayanlara deyirəm ki, ağızlarına gələni yazmasınlar. Allah elə insanlara insaf, tərbiyə, ağıl versin!”.
Rəqsanə