ANS telekanalında daha bir reytinqli verilişin yayımı dayandırılıb.
Teleqraf.com xəbər verir ki, “Xəbərsizsiniz”verilişin aparıcısı Murad Əzimzadə bu gün tamaşaçıları ilə sağollaşaraq, artıq verilişin yayımlanmayacağını deyib. Verilişin niyə dayandırılması haqqında heç bir məlumat verilməyib.
Bundan başqa ANS telekanalının “Şoubiz”, “İç Xəbər”, “İtibucaq” və “Düzbucaq” verilişləri də bağlanıb.
Rəqsanə