Prodüser Tarix (Tolik) Əliyev Aygün Kazımova və İlhamə Quliyevaya qarşı çıxaraq Elton Hüseynəliyevi müdafiə edib.
Teleqraf.com xəbər verir ki, prodüser “İnstagram”da “Dünən Aygün Eltona zəng edib ki, efirə getmə, Toliklə işləmə. Aygün, sən özün məhkəmədə uduzmusan. Mən də sənə görə özümü bu davaya saldım. Bu nə vaxta qədər davam edəcək? Mən üzümə gülüb, arxamca danışmağından bezdim. Artıq bəsdir. Aygün kimdir ki? Azərbaycan vətəndaşı. Bizdən heç nəyi üstün deyil, sadəcə, xalq artisti adı var. Aygünün İlhamə Quliyeva haqqında dedikləri yadından çıxıb? Mən yadına salaram. Natəvan-Aygün davasına qarışmıram. Amma mənim müğənnim Eltona statusundan asılı olmayaraq heç kim “çaşma” deyə bilməz. Qarşısında məni görər” deyə qeyd edib.
E.Hüseynəliyev “Ondan sonra” verilişində xalq artistinin ünvanına sərt sözlər səsləndirib. İlhamə Quliyeva isə canlı efirə qoşularaq Eltona səhv etdiyini bildirib.
Rəqsanə