14 Dekabr 2015 17:56
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Fəqan Səfərov yeni mahnısını dinləyicilərə təqdim edib.

O, Teleqraf.com-a açıqlamasında türk sənət musiqisinə müraciət etdiyini deyib: “Mahnının söz və musiqisi Eyyup Öztekinə məxsusdur. Türkü bir neçə gündür ki, bütün radio dalğalarında səslənir. Bizim kimi türklərin də zəngin musiqi tarixi var. Eyni soy-kökə mənsub olduğumuz üçün bizim klassik mahnılarımız onlarda, onların türküləri isə bizdə çox sevilir. “Nay nino” el şənlikləri, məclislərdə ən çox tələb edilən mahnılardandır. Türkünü yenidən oranjeman etdirməkdə məqsədim dinləyicilərə müasir versiyada sevdirməkdir”.

Türkünü bəstəkar Fərid İman oranjeman edib. Yeri gəlmişkən, F.Səfərov F.İmanla bərabər albom üzərində çalışır. Albomda Azərbaycan, türk və Avropa bəstəkarlarının əsərləri təqdim ediləcək.

F.Səfərov “Eurovision” Azərbaycanın finalçısı olub.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər