15 Dekabr 2015 14:51
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Ümman 2015-ci ildə repertuarını “Yeni il” mahnısı ilə yekunlaşdırıb.

2016-cı ilin gəlişi ilə bayram abu-havasında oxuduğu mahnının söz və musiqi müəllifi jurnalist Azər Nəsibovdur. Mahnı ötən əsrin 80-ci illərinin diskoteka stilində aranjiman edilib.

Bu ideya Rəhman Əliyevə məxsusdur. Rəhman Əliyev bu barədə açıqlamasında bildirib ki, məqsəd dinləyicilərdə nostalji hisslər yaratmaqdır: “Bəlkə də bu günün gəncləri üçün o stil bir az yad görünə bilər, amma yaşlı nəsl üçün mahnının 80-ci illərin dıskoteka janrını xatırlatması xoş olacaq. Əminəm ki, gənclər də o stili bəyənəcəklər”.

Xatırladaq ki, Ümman yeni ildə daha bir türk müğənnisi ilə duet oxumağı planlaşdırır. Hazırda türk sənətçisi ilə danışıqlar tam bitmədiyi üçün adı açıqlanmır. Tam razılığa gəldikdən sonra 2016-cı ildə geniş məlumat veriləcək.

Ümmanın ifasında “Yeni il” mahnısını burdan dinləyə bilərsiz.


Müəllif:

Oxşar xəbərlər