15 Dekabr 2015 17:30
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şükür Allaha, şikayətimiz yoxdur. Hər şey yaxşıdır. Ramiz müəllim evdə müalicə alır. Yavaş-yavaş səhhətində irəliləyiş baş verir. Düzdür, uzun prosedura olduğuna görə tam sağalmaqdan danışmaq hələ tezdir. Amma getdikcə yaxşılaşır”.

Bu sözləri Modern.az saytına uzun müddətdir səhhətindəki problemlərdən əziyyət çəkən, beyin insultu diaqnozu ilə mütəmadi müalicə olunan xalq artisti Ramiz Əzizbəylinin qızı Xədicə xanım deyib. Onun sözlərinə görə, atasının səhhəti əvvəlkilərlə müqayisədə indi nisbətən yaxşıdır: “Evdə müalicə alır, dərmanlar qəbul edir. Fiziki terapiyadan keçir. Sənət dostları və tələbələri də tez-tez Ramiz müəllimə baş çəkirlər”.

R.Əzizbəyli fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına gətirilib. Daha sonra müalicəsini Mərkəzi Gömrük Hospitalında davam etdirib. Hazırda ev şəraitində müalicə olunur.

Elmin NURİ


Müəllif:

Oxşar xəbərlər