16 Dekabr 2015 14:35
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının balaca Nurayı böyük uğura imza atıb.

Teatrdan Teleqraf.com-a verilən məlumata görə, studiyanın fəallarından biri, geniş tamaşaçı auditoriyasının sevgi və rəğbətini qazanan 5 yaşlı Nuray Rəhman qardaş Türkiyədə keçirilən “Türkvizyon” - Türk dünyası mahnı yarışması çərçivəsində baş tutan “Bala Türkvizyon” adlı ilk uşaq mahnı müsabiqəsinin qalibi olub. 13 türkdilli ölkədən 5-16 yaş arasında uşaqların iştirak etdiyi yarışmada musiqisi Ülviyyə Bəbirli, sözləri Ruhiyyə Rüstəmovaya həsr olunan “Uşaqlıq illəri” mahnısı ilə 115 xal toplayaraq qalib gələn balaca istedadla birinciliyi digər həmyerlimiz 14 yaşlı Əhməd Əmirli də qazanıb.

Qeyd edək ki, Nuray Rəhman və Əhməd Əmirli “Azad Azərbaycan” televiziyasında yayımlanan “Azərbaycanın səsi bala” yarışmasında qalib olaraq ölkəmizi “Bala Türkvizyon” da birgə təmsil ediblər.

Nərmin


Müəllif:

Oxşar xəbərlər