19 Dekabr 2015 23:50
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Aybəniz Haşımova efirə çıxmamasının səbəbini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, A.Haşımova dostu, qarmon ifaçısı Rövşən Şəkili dünyasını dəyişdiyinə görə “Mənim dünyam” verilişində üç ay efirə çıxmayıb: "Neçə illər mənimlə işləyən, qarmon ifaçısı Rövşən Şəkili dünyasını dəyişdi. Buna görə depressiyaya düşdüm. Onun ölüm xəbərindən çox sarsıldım, hər gün ağlayırdım. O xəstə yatdığı müddətdə efirə çıxmadım. Ondan sonra bəstəkar Tahir Əkbər xəstələndi. O hadisələrə görə böyük gərginlik keçirdim və gecənin bir yarısı məni xəstəxanaya apardılar. Ölümdən döndüm. Ondan sonra bir az istirahət etməyi məsləhət gördülər. Başqa ölkədə idim".

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər