20 Dekabr 2015 00:05
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Abbas Bağırov onu tənqid edənlərə sərt cavab verib.

Teleqraf.com xəbər verir ki, ifaçı “Star live” verilişində onu sosial şəbəkədə tənqid edənləri "tərbiyəsiz" adlandırıb: “Elə insanlar var ki, evdə boş-boş oturub fikirləşirlər ki, kimə söz ataq? İnsan o qədər tərbiyəsiz, mədəniyyətsiz ola bilər ki, elə sözlər yazsın? Təbii ki, onlar mənimlə üzbəüz gəlsə, heç vaxt yazdıqları sözü deyə bilməzlər. Bizi başqa ölkələrdə də izləyirlər. Hamını pis etdiksə, yaxşılar harada qaldı? Mən özümə yaxşı demirəm. Ümumiyyətlə, ətrafdan asan görsənə bilər ki, sözdür yazdım, niyə pis reaksiya verir? Amma inanın ki, adama pis təsir edir. Onu da bildirim ki, Azərbaycanda kişi müğənnilərdən sosial şəbəkədə yüz mindən çox izləyicisi olan yeganə müğənniyəm”.

Rəqsanə


Müəllif: