“Bozun 50 çaları” filminin baş qəhrəmanı Dakota Consonun ulduzu birdən-birə parladı. 26 yaşlı aktrisa ötən il bütün dünya mətbuatının diqqət mərkəzinə çevrildi.
Publika.az bu yazıda aktrisanın ən yaddaqalan obrazlarını seçib.
Dakota Conson cəmiyyətin ona olan diqqətinə hələ uşaqlıqdan adət edib. Səksəninci illərdə onun valideynləri Don Conson və Melani Qriffit Hollivudda kifayət qədər tanınmış sima idilər. Qızın valideynləri ayrıldıqdan sonra Melani Antonio Banderasla ailə qurdu.
Sözsüz ki, bu ailə hər zaman gündəmdə idi. Lakin Dakota insanları “Bozun 50 çaları” filmdəki rolu ilə heyrətləndirdi. Üstəlik, qız rolunun öhdəsindən məharətlə gələrək qırmızı xalının sevilən ulduzuna çevrildi. İndi o, dəb dünyasında örnək ola biləcək stil ikonasıdır.
Dakota Conson ötən ilin ən yaxşı geyinən ulduzları siyahısında haqlı olaraq ilk yerlərdə dayanır. İndi onun hər çıxışı auditoriya tərəfindən maraqla qarşılanır. O, özünəməxsus geyim tərzi ilə modelyerlərin də rəğbətini qazanıb. Digər ulduzlardan fərqli olaraq, aktrisa obrazını həddindən artıq detallar və ağır makiyajla yükləməyi xoşlamır.
Aktrisanın şəkillərinə baxsaq, makiyajdan minimum dərəcədə bəhrələndiyini görərik. O, dodaqlarını çəhrayı rəngli dodaq boyası ilə vurğulamaqla kifayətlənir. Dakota Conson belə hesab edir ki, heç bir kosmetik vasitə qadının təbii gözəlliyini əvəz edə bilməz.