Aygün Kazımova Azərbaycan Güləş Federasiyasının fəxri diplomuna layiq görülüb.
Xalq artisti Teleqraf.com-a açıqlamasında diplomun onun üçün çox dəyərli olduğunu deyib: “Heç vaxt nəyinsə naminə iş görməmişəm. Son nəfəsimə qədər Azərbaycan bayrağı altında çıxış edən bütün idmançılarımıza dəstək olacam. Naxçıvanda Heydər Əliyev adına yarış keçiriləcəyini eşidəndə Türkiyədəki işlərimi təxirə saldım. Mən özüm idmançıyam, milli həndbol yığmamızım kapitanı olmuşam. İdman mənim həyatımın ayrılmaz hissəsidir. Bütün layihələrimi təxirə salmağa hazıram, təki idmançılarımıza dəstək olum”.
Rəqsanə