13 Yanvar 2016 11:09
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Ayan Babakişiyeva qardaşı Samir Babakişiyevin “İnstagram” səhifəsinin oğurlanaraq başqası tərəfindən idarə olunduğunu və orada lazımsız paylaşımlar edildiyini deyib.

Teleqraf.com xəbər verir ki, müğənni qardaşının səhifəsinin onlara zərbə vurmaq istəyən bir insan tərəfindən oğurlandığını bildirib: “Əziz dostlarım və jurnalistlər, qardaşımın “Facebook” və “İnstagram” səhifəsini neçə gündür başqa insanlar idarə edir. Lazımsız paylaşımlar olur. Hamı bilir ki, artıq iki ildir lazımsız insanlardan mənə zərbələr gəlir. Bu da onlardan biridir. Mən və ailəm dövlətimizə, prezidentimizə və qanunlarımıza hörmət edirik”.

Rəqsanə


Müəllif: