25 Yanvar 2016 11:17
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

25 adlı albomu ilə rekordlar qıran britaniyalı müğənni Adel son qərarı ilə yenidən diqqət mərkəzindədir.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, o, fevralın 28-də baş tutacaq Oskar mükafatlandırma mərasimində iştirak etməkdən imtina edib.

İfaçı dünya turu çərçivəsində planlaşdırdığı konsertlərə görə bu qərarı verib. Konsertlərə ciddi hazırlaşan Adel ötən həftədən artıq idman dərslərinə də başlayıb.

Qeyd edək ki, Adel Oskar mərasimindən imtina etsə də Grammydə səhnəyə çıxacağı dəqiqləşib.

Rüstəm


Müəllif: