Müğənni Elçin Hüseynov “Hər şey daxil” verilişinin qonağı olub.
Teleqraf.com xəbər verir ki, müğənni verilişin aparıcısının "Qara dənizdə “Niel” adlı gəmi var, sizin gəminizdirmi? sualına belə cavab verib: “Niel” adlı şadlıq sarayım var. Təyyarə və gəmim yoxdur. Biz toylara gedirik və qazancımızı oradan qazanırıq. Bir neçə ay əvvələ qədər toylardan qazanmışıq. Hazırda toy yoxdur. İnşallah, düzələr. Allah həmişə toy qismət eləsin. Bəzi bizneslər var ki, reklama ehtiyacı var. Kimsə mənim biznesimi reklam edəcək deyil. Ona görə də şadlıq sarayım haqqında danışarkən məqsədim özümü yekəxana aparmaq deyil”.
Rəqsanə