3 Fevral 2016 11:21
1 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb.

Teleqraf.com xəbər verir ki, əməkdar artist şeirdə ad çəkməsə də onu xalq artistinə həsr etdiyi gözdən qaçmayıb:

Sənə nədir?
Şəxsiyyətim nədir?
Varlığım nədir?
Külliyətim, şanlığım
Sənə nədir?
Mülkiyyətim, hüriyyətim
Bir aləmdir, bir dənədir.
Cənnətimin sərvətidir.
Bir tənədir, təntənədir.
Cəhənnəmdir.
Sənə nədir?
Get özünə qaz bir qəbir,
Versin bizə Allah səbr.
Biabır oldun, sənə bəsdir!
Uzaqlardan gələn səsdir
qulağına?
Cingildəyən ah nalədir,
Nəfəsdir!
Az onun, bunun qarşısını kəsdir
Sən bilirsən bu hansı səsdir?
Mənim yerim orda nədir?
Burda nədir?
Səltənətdir!
Yazdığım əsərlər
hamısı kəşfdir
Nədir? Nədir?
Sənə nədir?

02.02.2016


Müəllif:

Oxşar xəbərlər