Xalq artisti İlhamə Quliyeva Aygün Kazımovanın ittihamlarına cavab verib.
O, Teleqraf.com-a bildirib ki, buna səbəb Aygün Kazımovanın səsləndirdiyi fikirlər olub: “Mən Aygünü məhkəməyə vermişəm. O sözü yazanda ya içkili olub, ya da nəsə başqa şey. Başından böyük danışıb. Yəqin ki, Natəvan Həbibiylə barışmağıma görə özünə gələ bilmir. Səbəb bu ola bilər. Mənim ona yazığım gəlir. O cavab verəcək. Əgər bir adamın canını almaq, tərbiyə etmək istəyirsənsə, onun olmayan pulunu əlindən almaq lazımdır. Mən indi onu məhkəməyə verirəm və bir milyon təzminat tələb edirəm. Görüm onu nə vaxt şərləmək istəyiblər, böhtan atmaq istəyiblər? Bunları sübut etmək lazımdır. Sübut etməsə, ona iş açdıracam. Natəvan Həbibi onun gözünə girdi? Onları barışdırmaq istədim, barışmadılar. Deməli, bilmədiyim şeylər var. Buna görə heç kəsdən - nə Aygündən, nə də Natəvandan incimədim. Amma bu yanır ki, nə üçün mən Natəvanı qəbul edirəm. Natəvan yaxşı xanımdır. Ana-bala arasında da problem olur. Səbəb budur, başqa şey yoxdur”.
Rəqsanə