Əməkdar artist Elza Seyidcahan İ.Quliyevanın Aygün Kazımovanı məhkəməyə verməsindən danışıb.
E.Seyidcahan Teleqraf.com-a açıqlamasında Aygün Kazımovaya dəstək olub: “Azərbaycanda haqqın keşiyində duran hüquqşünaslarımız var. Bilirəm ki, bu məsələylə bağlı ədalətli qərar çıxaracaqlar. Məncə, bu hal bizim incəsənətimizə ləkədir. Kənardan bizə baxırlar. Əgər yaşlı sənətkarımız özünü belə aparırsa, buna nə ad vermək olar? Belə insanları efirdən, mətbuatdan uzaqlaşdırmaq lazımdır. İnsanın yaşı keçəndə efirdən kənara çəkilməlidir”.
E.Seyidcahan xalq artisti tərəfindən təhqirlərə məruz qaldığına görə məhkəməyə üz tutmayacağını da bildirib: “İşimizlə insanlara nümunə olmalıyıq. Bizim şəxsiyyətimiz, varlığımız təhqir edilir. İttiham edir ki, Elza mənə söz atdı? Hər insan öz yerini bilsin. Təhqir etməyəsən ki, təhqir olunmayasan. Mən Allahın məhkəməsini hər şeydən üstün bilirəm. O insanı Allaha həvalə eləmişəm. Evimdə oturduğum yerdə təhqir edir ki, Elzanın varlığı nədir? O, canlı meyitdir. Belə olmaz axı. Vəkillərim deyirlər ki, məhkəməyə ver, amma razı olmuram”.
Rəqsanə