4 Fevral 2016 10:59
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

YUĞ Dövlət Teatrının Kukla Teatrına köçürülməsi prosesi başa çatıb.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, bununla əlaqdar olaraq Kukla Teatrında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev YUĞ Dövlət Teatrının kollektivi və Kukla Teatrının rəhbər işçilərinin iştirakı ilə toplantı keçirib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.11.2015-ci il tarixli, 358 nömrəli Qərarı ilə dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə torpağın və daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınan ərazidə yerləşən M. A. Əliyev küçəsi (sağ və sol) və M.F.Axundov döngəsi boyunca yolun tikintisi işlərinə başlanıb. Azərbaycan Dövlət YUĞ Teatrının binası yol qovşağının ərazisinə daxil olduğu üçün sökülən binaların siyahısına salınıb. Bununla bağlı teatrın kollektivi Kukla Teatrının binasında yerləşdirilib. Kukla Teatrının rəhbərliyi YUĞ Teatrının peşəkar səviyyədə tam qüvvəsi ilə fəaliyyət göstərməsi üçün lazımi şərait yaradıb.Tamaşalar Kukla Teatrının əsas və kiçik səhnəsində nümayiş olunacaq.
Toplantı zamanı nazir müavini Ə.Vəliyev məsəlinin mahiyyətini bütün təfsilatı ilə kollektiv üzvlərinə açıqlayıb, yaradıcı heyəti teatrın bundan sonrakı fəaliyyəti ilə bağlı narahat edən və gündəmdə olan suallara cavab verib. Görüş zamanı tamaşaların hazırlanması prosesində ortaya çıxacaq bütün məsələlər ətraflı müzakirə olunub. Bildirilib ki, YUĞ Teatrı tezliklə yeni məkanda tamaşalarını teatrsevərlərə təqdim edəcək.

Nərmin


Müəllif:

Oxşar xəbərlər