4 Fevral 2016 12:15
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

İllər öncə az qala hər il verdiyi konsertlərlə dillərə düşən Zülfiyyə Xanbabayeva daha konsert vermədiyinin səbəblərindən danışıb.

O, Teleqraf.com-a açıqlamasında toyları konsert verməkdən üstün tutan sənətçiləri qınamadığını da əlavə edib:

“Zamanında elə işlər gördüm ki, indi onları üstələyəcək işlər görmək istəyirəm. Vaxtilə Azərbaycanda albom satışından ən yaxşı qazanan yeganə müğənniyəm. Tələbat olduğuna görə hətta onları bir neçə dəfə təkrar tirajlayırdım. İndi satışdan gəlir əldə etmək çətindir, amma bu o demək deyil ki, biz bunu etməməliyik. Eləcə də konsert. Sadəcə, hər dəfə ötənkindən daha üstün nələrsə etmək istəyirəm. Onu tapa bilməyəndə bu fasilələr uzanır. Bu gün toy zəmanəsidir. Və bu baxımdan mən toylara getməyi konsert verməkdən üstün tutan müğənniləri qınamıram. Toylar müğənni üçün qazanc yeridir. Əgər bu gün toylar olmasa müğənnilər nə edərdilər, təsəvvür belə eləmirəm. Çünki onların başqa qazanc yerləri yoxdur. Paytaxt konsertlərindən yaxşı gəlir əldə etmək mümkün deyil, bölgələrdə də güclü bilet satışı yoxdur. İçi mən qarışıb digər sənətçilərimiz əvvəllər albom satışından, konsertlərdən qazanırdı, ona görə toylara getməyə ehtiyac yoxdur. Həm də o vaxtlar xərc də bir o qədər çox deyildi. Bu gün klip, mahnı, aranjiman çox bahalıdır. Bütün bu xərcləri ödəmək üçün müğənninin bircə seçimi qalır - konsert vermək yox, toylara getmək”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər