6 Fevral 2016 13:11
2 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elza Seyidcahan Xalq artisti İlhamə Quliyevanın onun köməkçisi Mehriban Hüseynova ilə tanışlığı barədə fikirlərinə münasibət bildirib.

E.Seyidcahan Teleqraf.com-a açıqlamasında deyib ki, kiminsə çirkli xatirələrinin baş qəhrəman olmaq istəmir: “O, yoldan keçən insanlardan qızıl alıb, səhnəyə çıxarıb, sənətin adına ləkə gətirir. Ona bir qızıl ver, səhər efirə çıxıb deyəcək ki, bu insan dahidir. Qızıla, brillianta sənəti satan, sənətə xələr gətirən insan özü olduğu halda camaata çamur atmasın. Qocalar keçmiş xatirələri, gənclər isə gələcək arzuları ilə yaşayır. Ona görə də Allah bir adam cəza verəndə onun ağlını alır. Elzanın qızılı yoxdur, onun qızılı əməlləridir. O sözü deyirsə, arxasında da durmalıdır. Məhkəmə və haqq-ədalət var. Dediyim kimi onun xatirələrinin baş qəhrəmanı olmaq istəmirəm. İnşallah, haqq-ədalət öz yerini tapacaq. Ona-buna şər atmasın. Mehriban haqqında isə açıqlama vermək istəmirəm. Sənət insanıyıq, camaatın içində oluruq, hamını da tanıyırıq. Amma lazım gəlsə, o haqda açıqlama verəcəm. Çirkli söhbətlərdə adımın hallanmasını istəmirəm. O, mənim haqqımda insanlarda çaşqınlıq yaradır. Çünki Elza Seyidacahan yaxın günlərdə İstanbuldan böyük mükafatlar gətirdi”.

Qeyd edək ki, xalq artisti İlhamə Quliyeva APA-ya açıqlamasında Elza Seyidcahanın köməkçisi ilə işlədiyini qeyd edib: “Mehriban Elza ilə də işləyib. Elza zəngin qadınla dostluq edirmiş, Mehriban da o evə gedib-gəlirmiş. Həmin evdən böyük miqdarda zinyət əşyaları itib. Mehriban deyirdi, Elza oğurlayıb, Elza deyirdi, Mehriban. Sonra da aralarında başqa söhbətlər olub”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər