Əməkdar artist Elza Seyidcahan “Şirin siçana dönməyi” adlı təmsil yazmağa başlayıb.
Bu barədə Teleqraf.com-a danışan əməkdar artist təmsili yaxın günlərdə bitirəcəyini deyib: “Hazırda yaradıcılığımla məşğul oluram. “Şirin siçana dönməyi” adlı təmsil yazıram. Şir siçana dönəndə "qızıl-qızıl" deyib sayıqlayır. Sonra siçana çevrilib pişiklərin tilovuna düşür. Əsərimi bitirməliyəm. Mənə heç kim deyə bilməz ki, yazma. Yaradıcılıq azaddır və orada heç kimin adını çəkmirəm ki, kimsə məni mühakimə etsin. Əgər kimsə yazdığım əsərlərdə özünü görürsə, ibrət dərsi götürsün”.
Rəqsanə