11 Fevral 2016 00:53
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfsanəvi aktrisa Ja Ja Qabor xəstəxanalıq olub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 99 yaşlı macarəsilli Hollivud ulduzu tənəffüs çatışmazlığı şikayəti ilə xəstəxanaya çatdırılıb. Bir neçə dəfə ailə qurub-boşanan Ja Janın 9-cu əri Frederik Prins von Anhalt “Reuters”ə açıqlamasında “Az danışır. Hələ bundan sonra da bir neçə il yaşayacağını düşünürəm. Gələn il 100 yaşını qeyd etmək istəyir. Əməliyyat olunacağı günü gözləyirik. Hər şeyin yaxşı olacağına ümid edirəm” deyib.

Qeyd edək ki, fevralın 6-da 99 yaşı tamam olan aktrisanın 2011-ci ildə ayağının biri amputasiya olunub. Ja Ja bu səbəbdən bir neçə ildir, evdən çölə çıxa bilmir.


Müəllif: