Müğənni Nazənin və oğlunun qeyri-rəsmi münasibətdə olduğu qadın arasında qalmaqal böyüyür.
Bu barədə Teleqraf.com-a danışan müğənni həmin qadının yüngül həyat tərzi yaşadığını deyib: "O, mənim oğlumdan 10 yaş böyükdür. Yüngül həyat tərzi yaşayır. Uşaq dünyaya gətirmək üçün 9 ay gizlənib. Oğlumu tora salıb, onunla evlənmək istəyirdi. O, hamilə olanda oğlumun dostu zəng edib dedi ki, o qız əsl aktrisadır, uşaq dünyaya gətirəcək. Bundan sonra qardaşımın yoldaşı ona zəng etdi, o isə and içdi ki,
"dayday"ı var, ona ev, maşın alıb. Mənim oğlum kimdir ki, ondan uşaq dünyaya gətirir? Hazırda oğlum evlidir, gəlinim yaxın günlərdə ana olacaq. Çox tərbiyəli bir ailənin qızıdır".
Müğənni həmin xanımın Təranə Qumral və Musa Musayev tərəfindən dəstəkləndiyini də vurğulayıb: "Məhkəmədə uduzduqları üçün nə edəcəklərini bilmirlər. Bu hadisəyə ortaya çıxaranları Allaha tapşırıram. Bir adam ki, efirə çıxıb desin ki, həyat yoldaşını filan kişi ilə tutub. Ondan başqa nə gözləmək olar? Həyat yoldaşım Təranəylə münasibəti olduğunu sübuta yetirdi. Ona görə bu qadını ortaya salıblar".
Nazənin bu söz-söhbətlərin oğlunun həyat yoldaşı ilə münasibətinə təsir etmədiyini də vurğulayıb: "Bu hadisələrə gülüb keçirik. Mən əsəbiləşəndə gəlinim deyir ki, Nazənin xanım, fikir verməyin. Bu hadisə vecimə deyil".
Rəqsanə