Xalq artisti Brilliant Dadaşovanın bacısı, aktrisa Sədaqət Dadaşova "Zuhal Topalla izdivaç" verilişində iştirakını davam etdirir.
Teleqraf.com xəbər verir ki, verilişdə Sədaqət Dadaşovaya Murad adlı şəxs namizəd olub. S.Dadaşova Muradın alicənab insan olduğunu deyərək onunla tanış olmaq üçün çay içmək dəvətini qəbul edib.
Murad 68 yaşı olduğunu bildirib: “İki oğlum var. Biri evli, biri isə subaydır. Aktyor olmuşam. İngiltərə və Almaniyada yaşamışam və hazırda İstanbulda yaşayıram”.
Sədaqət Dadaşova Asif adlı şəxslə sevgi yaşamasına da aydınlıq gətirib: “Türk dilini yaxşı bilmirəm. Ona görə də bəzi sözləri düzgün ifadə etmirəm. Mənim dörd övladım var və hamısı bir atadandır. Keçən dəfəki telefon zəngi və bildirdiyim fikirlər Azərbaycanda şok oldu”.
Qeyd edək ki, S.Dadaşova Asif adlı şəxslə 7 il sevgi yaşadığını və ondan 20 yaşlı övladı olduğunu bildirmişdi.
Rəqsanə