15 Fevral 2016 13:52
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngilis Film və Televiziya Sənətləri Akademiyası (BAFTA) mükafatının builki sahibləri bəlli olub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 19-cu əsr Amerika həyatından bəhs edən "The Revenant" ("Sağ qalmış") "ən yaxşı film", filmin aktyoru Leonardo Di Kaprio "ən yaxşı aktyor" seçilib. Eyni zamanda film "ən yaxşı rejissor" (İnyarittu), "ən yaxşı kinematoqrafiya işi", "ən yaxşı səs" nominasiyalarında da qalib gəlib.

Aktrisa Bri Larson isə "Room" ("Otaq") filmiylə ən yaxşı aktrisa seçilib.

İkinci planda ən yaxşı aktyor - Mark Raylance- "Casuslar körpüsü" (Bridge of Spies)
İkinci planda ən yaxşı aktrisa - Keyt Uinslet- "Steve Jobs"
Ən yaxşı ssenari: "Spotlight"
Ən yaxşı sənədli film: "Emi"
Ən yaxşı ingilis filmi: "Bruklin"
Ən yaxşı uyğunlaşdırılmış ssenari "The Big Short"
Ən yaxşı animasiya filmi : "Inside Out"
Ən yaxşı xarici film: "Wild Tales"
Ən yaxşı prodüser işi: "Mad Max: Fury Road"
Ən yaxşı effektlər: "Star Wars: The Force Awakens"
Ən yaxşı makiyaj və saç: "Mad Max: Fury Road)
Ən yaxşı kostyum: "Mad Max: Fury Road"
Ən yaxşı musiqi: "The Hateful Eight"

Mükafatlandırma gecəsinin aparıcılığını "Stephen Fry" edib. Hər il "Oskar"dan iki həftə əvvəl "BAFTA" "Oskar"ın əsas müjdəçisi sayılır. Qaliblər tam olmasa da, əksər hallarda üst-üstə düşür.


Müəllif: