Mart-aprel aylarında Türkiyənin məşhur aktrisası Məryəm Üzərlinin Bakıya səfəri planlaşdırılır.
Trend-in məlumatına görə, tanınmış aktrisanın səfəri "Annemin yarası" adlı filmin təqdimatı ilə bağlıdır. Bu filmdə o, əsas rollardan birini canlandırıb. Filmin rejossoru Ozan Açıktandır.
Xatırladaq ki, M.Üzərli "Möhtəşəm yüz il" filmindəki rolu ilə tamaşaçıların yaddaşında qalıb.