Müğənni Natavan Həbibi həmkarı Röya Ayxanın onun haqqında səsləndirdiyi fikirlərə cavab verib.
Teleqraf.com xəbər verir ki, “5/5” verilişinə qatılan Natavan Həbibi Röya Ayxanın “Qızlar ingilis dilini bilmədiyimə görə mənə lağ edirdilər , deyirdilər ki, “çuşka”san” sözlərinə münasibət bildirib: “İndi də Röyaya elə deyirik. Nə bilim, məntiqi başa düşmədim. Bəzəyib danışırlar. Demişiksə də, əcəb etmişik. Bizim aramızda o qədər zarafatlarımız olub ki… Hamısını bir-bir açıqlasaq... Həmişə hamı yüksəkdə olsun. Biz bir-birimiz üçün heç vaxt ulduz ola bilmərik, bir yerdə böyüyən uşaqlarıq. Hamımız bir-birzmizə çox şeylər deyirdik. Ona isə lap çox söz deyirdik. İndi bir-birimizi görmürük, hərənin öz işi, ətrafı var”.
Rəqsanə