Prodüser Tarix (Tolik) Əliyev "Hit parad"da yaxın günlərdə küsülülüyə son qoyduğu müğənni Natavan Həbibini ikinci yerə layiq görüb.
Teleqraf.com xəbər verir ki, prodüser "Natavan ilə səmimi barışmışıq. Mən onun haqqında iki söz demişdim. Azərbaycan məhkəməsindən isə mənə bildirdilər ki, sənin məlumatın səhvdir. Ondan sonra mən nə etməliydim?
Məhkəmə qarşıma tələb qoymuşdu ki, "İnstagram"da Natavan Həbibidən üzr istəyim və 10 gün ərzində üzr silinməsin. Natavan ilə barışdıqdan sonra Aygün Kazımova ilə münasibətimi korlamamışam. Onunla bu gün üç dəfə telefonla danışmışam. Mən bu cəbhədən o biri cəbhəyə atılmıram. Bu gün Natavanla danışıramsa, Aygün Kazımova mənim düşmənimdir? Xeyr. Mən Aygün Kazımova ilə Natavanı barışdırmaq istəyirdim. Yenə A.Kazımovanın ətrafında olan bəzi insanlar onu fikrindən yayındırdı. Natavanı da barışdırmaq üçün hazırlamışdım. Çox insan mənim haqqımda deyir ki, Tolik arada gəzəndir. Mən, əslində, bu söz-söhbətlərdən yorulmuşam".
Rəqsanə