22 Fevral 2016 15:00
1 432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Reper Elşad Xose keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə bağlı açıqlamalar verib.

İfaçı “ATV maqazin onlarla” verilişində aparıcının “Ayrılıq ərəfəsində siz valideyn olmağa hazırlaşırdınız. Amma Oksana övladını itirdi” sözlərinə belə cavab verib:

“Belə bir məsələ var idi. Bu haqda danışmaq istəmirəm. Burada qeyri-adi bir şey yoxdur. Mənə elə gəlir ki, mənim ata olmağım hələ tezdir. Mən hələ böyüməmişəm. Evlənməyimə peşman oldum. Amma sevməyimə yox, o mənim ən yaxşı günlərim idi. Evlənməkdə "Camaat nə deyər” baxımından bir az tələsdik. Heç Oksananı tanımayanda da mən kağız, möhür həvəskarı olmamışam. Bizim bəlamız ondadır ki, həmişə insanların mövqeyini fikirləşirik. Özünə necə rahatdı, elə yaşa. Düşünmədik ki, alt-üst olanda insanlar nə fikirləşəcək”./Axşam.az/


Müəllif:

Oxşar xəbərlər