Almaniyalı aktrisa Məryəm Üzərli qızı Laranın yeni fotosunu paylaşıb.
Axşam.az-ın məlumatına görə, aktrisa bu dəfə də qızının üzünü göstərməyib. O, pişiyi ilə yanaşı oturan övladının şəklinə “Ən yaxşı dostlar” sözlərini yazıb.
Qeyd edək ki, 2 yaşlı Lara Məryəmin iş adamı Can Ateşlə münasibətindən dünyaya gəlib.