25 Fevral 2016 13:37
1 684
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünən mənimlə səhər saatlarında danışıb. Dedi ki, martın 8-i verilişinə gələcəm, başqa qonaq çağırma. Səkkiz Martda “Həyat tərzi”ndə özüm olacam. Dedim baş üstə, kraliça”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında teleaparıcı Lamiyə Ələkbərli deyib. Onun sözlərinə görə, sonuncu dəfə İlhamə Quliyeva ilə dünən telefonla danışıb: “Mənə dedi ki, studiyada güllər-çiçəklər olsun. Dedim hər şey olacaq, təki siz gəlin. Sonra da əlavə etdi ki, yaz gəlir, havalar açılır, gedib səninlə gəzərik. Heç ağlıma da gəlməzdi ki, belə olacaq”.

Azərbaycanın xalq artisti İlhamə Quliyeva bu gün səhər saatlarında ürək tutmasından vəfat edib. O, son vaxtlar müxtəlif xəstəliklərdən əziyyət çəkirdi. Ən son olaraq adı köməkçisinə qarşı qeyri-qanuni hərəkətlərə yol verməkdə və məhkəmə qalmaqallarında hallanırdı. O, səhhətində yaranmış problemlərə görə keçmiş köməkçisi Mehriban Hüseynovanı günahlandırırdı.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər