25 Fevral 2016 18:06
1 558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Natavan Həbibi xalq artisti İlhamə Quliyevanın ölümü haqqında yazıb.

Teleqraf.com xəbər verir ki, müğənni “İnstagram”da xalq artistinin ölümünə sevinənlərə əsəbləşib:

“Kiminsə ölümünə sevinmək insanlıq, kişilik deyil. Ölümdən heç kimin sığortalanmadığını anlamaq lazımdır. Ölüm bir gün hamının qapısını döyəcək. Bütün dinlərdə insan ölümünə sevinmək qəbul edilməzdir və insanlığı itirmənin son addımıdır. Müsəlmanlıqda isə bu, böyük günahdır. İnsanlığınızı itirməyin! İlhamə Quliyeva bu gün dünyasını dəyişib. Ölümündən bir nəçə gün əvvəl görüşdük, danışdıq, hətta son görüşümüzdə belə halından məmnunluğu, həyat sevərliyi ondan əksik olmamışdı. Allahdan ona rəhmət diləyək. Ruhun şad olsun!”

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər