“Onu iki gündür ki, bağışlamışam. Sevda ilə küsülü olduğum ağlıma gəlmir. Biz dostuq və aramızda böyük bir inciklik olmayıb”.
Bu sözləri Teleqraf.com-a müğənni Zamiq Hüseynov həmkarı Sevda Yəhyayeva ilə dostluq münasibətindən danışarkən deyib.
S.Yəhyayeva isə bu mövzuda danışarkən deyib: “Məndən küsmək olar? Məndən küsən adam 30 saniyədən sonra barışır. Yüngülvari inciklik həmişə olur. O da ki, tez keçir” deyə cavab verib.
Rəqsanə