Tanınmış türk sənətçısı İsmayıl Hacıoğlu 5 illik həyat yoldaşı Vildan Atasevərdən ayrıldıqdan bir il sonra yeniden evlənmişdı.
Teleqraf.com-un xəbərinə görə, ötən ay həyatını rəqqasə Duyğu Qaya ilə birləşdirən Hacıoğlu hazırkı həyat yoldaşına eşqini daha aydın göstərmək üçün döymə etairib. Aktyor həyat yoldaşının yatarkən şəklini qara qələmlə cızdırıb. Daha sonra həyat yoldaşının gözəl çöhrəsini göbəyinə döydürüb.
Ərinin bu surprizindən xoşlanan Duyğu Qaya da öz növbəsində onun adını və şəklini kürəyinə döydürməyi düşünür.
Qeyd edək ki, Hacıoğlu daha öncə keçmış arvadının adını da barmağına döydürmüşdü. Vildan Atasevərdn ayrıldıqdan sonra isə o, həmin adın üzərinə quş şəkli döydürərərk onu itirməyə çalışıb.
Qeyd edək ki, dünyada bir çox ulduzlar öz sevgili və həyat yoldaşlarının ismini vəə şəklini bədəninə döydürürlər. O cümlədən, “Qalatasaray”lı ulduz Vesley Sneyder də arvadı Yolanze Qabaunun rəsmini qarnına döydürüb.
Nihad