Uzun müddətdir birlikdə olan musiqiçi Ozan Çolakoğlu ilə müğənni Gülşən münasibətlərini rəsmiləşdirmək istiqamətində ilk addımı atıblar.
Ozan Gülşəni ailəsindən istəyib. Ötən həftə evlənməyə hazırlaşdıqlarını söyləyən cütlüyün elçilik mərasimi baş tutub.
Ailələr arasında keçirilən mərasimdə Ozanla Gülşən üzüklərini də taxıblar. /Axşam.az/