“Gənc yaşda necə yaşayacağımı düşünüb, əvvəlcədən çarə tapardım”.
Məşhur müğənni və model Keti Prays 13 yaşlı əqli və fiziki qüsurlu oğlu haqqında ilk dəfə açıqlama verib.
İfaçı Prader-Willi sindromu ilə dünyaya gələn oğlu Harvi haqqında bunları deyib:
“Onu dünyaya gətirəndə çox gənc idim. O zaman qüsurlu doğulacağını bilsəydim, bəlkə də onu abort etdirərdim. Bilirəm bu çox zalım davranış olardı, amma gənc yaşda bu vəziyyətlə necə yaşayacağımı düşünüb, əvvəlcədən bir çarə tapardım”.
Müğənni Harviyə hamilə olanda 23 yaşındaolduğunu deyib.
O zaman birlikdə olduğu futbolçu Duayt York ilə münasibətlərindən dünyaya gələn oğlu barəsində “amma indi eyni şey başıma gəlsə, yəni həkimlər mənə “oğlun fiziki qüsurlu doğulacaq” desə idi, tərəddüd etmədən onu dünyaya gətirərdim” deyib.
Qeyd edək ki, Prader Villi sindromu (PVS), 1956 ildə A. Prader, A. Labhart və H. Willi tərəfindən təsvir edilib. Klinik xüsusiyyətlərinə dismorfik üz görünüşü: badam şəkilli gözlər, üçbucaq şəklində ağız, kiçik əl və ayaqlar, nəzərə çarpan hipotoniya və erkən uşaqlıqda koqnitiv, struktur və davranış/psixoloji pozulmalar aiddir. /Oxu.Az /